Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 3 saniyə əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
"Aşıq Ələsgər – 200" yubiley medalı — Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə təltif ediləcək medal.[1][2]
"Aşıq Ələsgər – 200" yubiley medalı | |
---|---|
|
|
Ölkə | |
Tip | yubiley medalı[d] |
Statistika | |
Təsis tarixi | 2021 |
Medal diametri 40 mm olan, latundan tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairə boyu Azərbaycanın buta ornamenti əks olunmuşdur. İkinci dairədə yuxarı qövs boyunca "Aşıq Ələsgər", aşağı qövs boyunca "200" sözləri yazılmışdır. Üçüncü dairədə Aşıq Ələsgərin, Göyçə gölünün, Ağrı dağının və günəşin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır.
Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca ""Dədə Ələsgər Ocağı" İctimai Birliyi", aşağı qövs boyunca "2021" sözləri yazılmışdır. İkinci dairənin üzərində səkkizguşəli ulduz, üst hissəsində dəryadan doğan günəş, alt hissəsində "Aşıq Ələsgər" sözləri, ondan aşağıda "1821–1926" rəqəmləri, və ondan aşağıda saz təsviri göstərilmişdir. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır.
"Aşıq Ələsgər 200" yubiley medalı ilə Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak edən şəxslər təltif edilirlər. Aşıq Ələsgər adına Qızıl medal və onun diplomu "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə, birliyin sədri tərəfindən təqdim olunur.